ARDNŞ “Star” zavodunun tikintisinə 3,3 mlrd. dollar cəlb edib

ARDNŞ “Star” zavodunun tikintisinə 3,3 mlrd. dollar cəlb edib
# 30 may 2014 10:32 (UTC +04:00)

APA-Economics”in “Petkim Holding”in açıqlamasına istinadən verdiyi məlumata görə, “SOCAR Turkey Enegy” İzmirin Əliağa vilayətində inşa olunacaq neft emalı zavodunun tikintisi üçün maliyyə vəsaitinin cəlb olunmasını artıq tam təmin edib.

Məlumatda deyilir ki, şirkət 23 kommersiya bankı ilə 3 mlrd. 290 mln dollar kredit vəsaitinin ayrılması üçün saziş imzalayıb. Belə ki, ayrılan ümumi kreditin 2,29 mlrd. dolları ilk 4 ili güzəştli olmaqla 18 il müddətinə verilib.


Kreditin qalan 600 mln. dollarlıq hissəsinin isə 4 il güzəştli olmaqla 15 il müddətinə ayrılıb.


Qeyd edək ki, ARDNŞ-in İzmirdə inşa etdiyi “Star” neft emalı zavodunun tikintisinin ümumi dəyəri 5,7 mlrd. dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR