Viktor Yanukoviç terror təşkilatının yaradılmasında ittiham olunur

Viktor Yanukoviç terror təşkilatının yaradılmasında ittiham olunur
# 18 aprel 2014 12:53 (UTC +04:00)

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, konkret olaraq Yanukoviç və onun komandasında yer almış digər yüksək çinli məmurlar terror təşkilatının yaradılmasında ittiham edilir.

Ukrayna Baş Prokurorluğu bildirir ki, eks-prezidentlə yanaşı Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Aleksandr Yakimenko və sabiq daxili işlər naziri Vitali Zaxarçenko 2014-cü ilin fevralın 20-də Kiyevdə kütləvi insan ölümünə səbəb olan terrorçu təşkilat yaradıblar. Həmin təşkilata Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları və Daxili qoşunların əsgərləri cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR