«Bolkart» iki yaşını qeyd edir

«Bolkart» iki yaşını qeyd edir
# 21 oktyabr 2013 08:09 (UTC +04:00)

Bakı - APA-Economics. Oktyabrın 19-da Azərbaycanın ilk hissə-hissə ödənişli kredit kartı olan «Bolkart»ın kütləvi dövriyyəyə buraxılmasından iki il ötüb. «Bank of Baku» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, ötən dövr ərzində «Bolkart» vətəndaşlar arasında böyük populyarlıq qazanıb və bu gün artıq 150 mindən çox insan bu kredit kartından gündəlik istifadə edir.

«Bank of Baku»ya məxsus «Bolkart»ın əsas üstünlüyü alınan malın dəyərini 1, 3, 6 və ya 12 aya bərabər hissələrə bölüb ödəmək imkanından ibarətdir. Kart müştəriyə pulsuz verilir. Bu ilin yanvar ayında «Bolkart» istifadəçilərinin sayı 60 minə çatıb. Beləliklə, ötən bir neçə ay ərzində «Bolkart» istifadəçilərinin sayı iki dəfədən çox artıb.

«Bolkart»ın digər kredit kartları ilə müqayisədə əsas üstünlükləri sırasında «MasterCard» loqolu «Bolkart» ilə istənilən ölkədə birbaşa və onlayn alış-veriş imkanı, Azərbaycanın 1000-dən çox mağaza və ticarət mərkəzlərində alış-veriş, vaxtaşırı kartın balansındakı limiti nağdlaşdırmaq imkanı, 5 000 manatlıq maksimal balansın mövcudluğunu qeyd etmək olar. Bundan əlavə, «MasterCard» loqolu «Bolkart» xüsusi çiplə təmin edilib və ümumiyyətlə POS-terminal ilə əməliyyatlar daha təhlükəsiz və rahatdır.

«Bolkart»la ölkənin geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. Kart sahiblərinin rahatlığını təmin etmək məqsədilə bir qədər öncə www.bolkart.az saytı tam yenilənərək yenidən istifadəyə verilib. İndi saytda «şəxsi kabinet», axtarış sistemi, onlayn kalkulyator, mağazaların reytinq səsverməsi və digər funksiyalardan faydalanmaq olar.

Bir müddət öncə isə kart sahibləri üçün pulsuz SMS məlumatlandırma xidməti tətbiq edilib. Hər alış-veriş etdikdə «Bolkart» sahibinin mobil telefonuna alış-veriş etdiyi ticarət obyektinin adı, alış-veriş məbləği və kartda mövcud balansı göstərən SMS daxil olur. Nağdlaşdırma kampaniyaları zamanı mobil telefona nağdlaşdırılan məbləğ və cari balans barədə SMS daxil olur. Beləliklə, «Bolkart» sahibi kartdakı məbləğə nəzarət imkanı qazanıb. «Bolkart» Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsinə «Bank of Baku»nun bir töhfəsidir. Belə ki, Azərbaycan Mərkəzi Bankının nağdsız ödənişlər üzrə may, iyul və avqust aylarına aid hesabatlarında «Bank of Baku» 1-ci yerdə qərarlaşıb.

Bankın məlumatında deyilir ki, kart sahiblərini məmnun etmək məqsədilə «Bank of Baku» yaxın zamanlarda «Bolkart» sahiblərinə yeni sürprizlər təqdim edəcək. Daha ətraflı: www.facebook.com/Bolkart.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR