Vyanada "Birbaşa xarici investisiya siyasəti" adlı konfrans keçirilir

Vyanada "Birbaşa xarici investisiya siyasəti" adlı konfrans keçirilir
# 23 sentyabr 2013 13:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Avstriyanın paytaxtı Vyanada "Birbaşa xarici investisiya siyasəti" adlı konfrans işinə başlayıb.

Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, sentyabrın 23-27-də mərkəzin eksperti Mahir Hümbətov konfransda çıxış etmək üçün Vyanaya səfər edib.

Səfər Beynəlxalq İqtisadi Tədqiqatlar üzrə Vyana İnstitutu və Müştərək Vyana İnstitutunun dəvəti ilə baş tutub.

Tədbirdə "Birbaşa Xarici İnvestisiyalarda ödəmə balansı”, "Keçid dövrü ölkələrində Birbaşa Xarici İnvestisiyalar”, "Müxtəlif ölkələrdə Birbaşa Xarici İnvestisiyalar siyasəti”, "Monetar siyasətin gələcəyi", "Avstriyada investisiyaların təşviqi" və bu kimi mövzuların müzakirəsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR