Göyçayda narkotik satan iki əmioğlu tutulub

Göyçayda narkotik satan iki əmioğlu tutulub
# 10 iyun 2014 14:53 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda iki nəfər narkotik alverçisi tutulub.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən reyd zamanı Göyçay şəhər sakini, 1974-cü il təvəllüdlü Bəndəliyev Canpolad Sabir oğlu və onun əmisi oğlu, 1987-ci il təvəllüdlü Bəndəliyev Kamil Sabit oğlu tutulub.

Polis əməkdaşları Kamil Bəndəliyevdən 0,957 qram, Canpoladdan isə 0,984 qram tiryək götürüblər. Məlum olub ki, Kamilə narkotik vasitəni Canpolad satıb. O, tiryəki Bakı şəhərindən aldığını və rayonda satdığını bildirib. Hər iki şəxs tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR