Dünya çempionatı: Braziliya-Xorvatiya matçı başladı

Dünya çempionatı: Braziliya-Xorvatiya matçı başladı
# 12 iyun 2014 22:05 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, 4 ildən bir keçirilən bu mundiala hamı tərəfindən böyük maraq var.

Baxmayaraq ki, hazırda Braziliyada iqtisadi çətinliklərə görə nümayiş və aksiyalar keçirilir, ancaq bütün bunlar da mundialın gözəlliyinə xələl gətirə bilməyəcək.

Mundialın açılış oyunu isə meydan sahibləri ilə Xorvatiya yığması arasında keçirilir. Pentakampeonlar bəlkə də qrupda ən çətin rəqibi ilə qarşılaşıb. Ona görə də Braziliyanın ilk görüşündə xal itirmək təhlükəsi heç də az deyil.

Yeri gəlmişkən, millimizin baş məşqçisi Berti Foqts bu görüşü izləyənlər arasındadır. Hazırda Braziliyada ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmannın məsləhətçisi kimi iştirak edən Foqts Xorvatiyanın oyununu diqqətdə saxlayacaq. Bu da səbəbsiz deyil. Çünki xorvatlar növbəti Avropa çempionatının seçmə mərhələsində yığmamızın yer aldığı qrupun iştirakçısıdır.

Bu qrupun digər görüşü isə sabah saat 21:00-da baş tutacaq. 2 yaşıl formalı komanda – Meksika ilə Kamerun qrup ikincisi olmaq üçün bu görüşdə mütləq qələbə qazanmağa çalışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR