«Fitch» agentliyi Azərbaycanın reytinqini təsdiq edib

«Fitch» agentliyi Azərbaycanın reytinqini təsdiq edib
# 18 oktyabr 2013 15:04 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Agentliyin rəsmi məlumatında deyilir.

Məlumata əsasən, reytinqin təsdiqlənməsi ilk növbədə neft hasilatının 2010-cu ildəki 20%-lik azalmadan sonra sabitləşib ki, bu da iqtisadi artım və dövlət maliyyə durumu üzrə qısamüddətli proqnozu yaxşılaşdırır. Eyni zamanda, neft hasilatının 2015-ci ilədək artması, sonra isə tədricən azalması proqnozlaşdırılır. «Fitch» 2013-cü ildə ölkədə iqtisadi artımı 5% səviyyəsində gözləyir. Proqnozlaşdırılır ki, dövlət xərcləri qeyri-neft iqtisadiyyatının 2013-cü ildə 10%-lik artımını şərtləndirəcək. Eyni zamanda, qeyri-neft sektorunda iqtisadi artımı müəyyən dərəcədə zəif işgüzar mühit saxlayır, lakin hökumət vəziyyəti yaxşılaşdırmaq üçün tədbirlər görür.

Dövlət maliyyə sektorunda hələ də yüksək həcmdə profisit müşahidə olunur. Azərbaycanın dövlət balansı reytinqi aparılan ölkələr arasında ən güclü olanlardan biridir. Dövlət Neft Fondunun ehtiyatları ilk yarımillik ərzində 600 mln. dollar artaraq 34,7 mlrd. dollara çatıb ki, bu da ÜDM-in 49%-nə bərabərdir. Eyni zamanda, dövlət xərcləri bu ilin 7 ayı ərzində 19% artıb və hazırda ÜDM-in 40%-nə çatıb. Gələn ilin dövlət büdcəsi həm bu xərclərin, həm də Neft Fondundan transferlərin azalmasını nəzərdə tutur. Buna baxmayaraq, Agentlik 2015-ci ilədək icmal büdcənin kəsirini ÜDM-in 5%-dək artmasını proqnozlaşdırır, halbuki 2013-cü ildə bu göstərici 1% səviyyəsində gözlənilir. Həmçinin bildirilir ki, Neft Fondundan transferlərin azaldılması onun ehtiyatlarının sabitləşməsinə səbəb olacaq, halbuki Agentliyin əvvəlki proqnozunda (bu ilin aprelində) ehtiyatların azalacağı bildirilirdi. Bundan başqa gözlənilir ki, ümumi balansın profisiti azalmaya baxmayaraq məqbul səviyyəsində qalacaq.

Agentlik yeni hesabatında müəyyən dərəcədə siyasi duruma da toxunub və qeyd edir ki, İlham Əliyevin yenidən prezident seçilməsindən sonra Azərbaycanda hər hansı ciddi siyasi dəyişikliklər gözlənilmir.

Məlumatda deyilir ki, dövlət maliyyə sektorunun risklərinin azaldılması, neftin qiymətinin aşağı düşməsindən müəyyən dərəcədə sığortalanması üzrə tədbirlərin görülməsi, işgüzar mühitin yaxşılaşdırılması və ümumilikdə, iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi reytinqə müsbət təsir edəcək. Eyni zamanda, dövlət xərclərinin kəskin artırılması, neftin davamlı ucuzlaşması və ölkədə və regionda siyasi sarsıntılar reytinqə gələcəkdə mənfi təsir göstərə bilər. Bununla yanaşı, Agentlik öz proqnozlarında Azərbaycanda daxili və regional siyasi sarsıntıların olmaması, o cümlədən Dağlıq Qarabağla bağlı vəziyyətin gərginləşməməsi, daxili siyasi vəziyyətin isə sabit qalması ehtimallarına əsaslanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR