Əşrəf Şıxəliyev Sudanın Azərbaycandakı səfiri ilə görüşüb

Əşrəf Şıxəliyev Sudanın Azərbaycandakı səfiri ilə görüşüb
# 08 may 2014 15:50 (UTC +04:00)

Bakı – APA. Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Əşrəf Şıxəliyev Sudan Respublikasının Azərbaycandakı səfiri Mohamed Elias Mohamed əl-Haq ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı Əşrəf Şıxəliyev səfir Mohamed Elias Mohamed əl-Haqa AIDA-nın fəaliyyəti, xüsusilə təhsil, ixtisasartırma və səhiyyə sahələrində gördüyü işlər və həyata keçirdiyi layihələr haqda məlumat verib. Görüş zamanı qarşılıqlı əməkdaşlığın perspektivləri də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR