Paytaxtda naməlum kişi parkda ölüb

Paytaxtda naməlum kişi parkda ölüb
# 31 mart 2014 15:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda parkda ölüm hadisəsi baş verib.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 18 radələrində Səməd Vurğun bağında qeydə alınıb.

Parkda gəzən 55-60 yaşlı, şəxsiyyəti məlum olmayan kişi naməlum şəraitdə ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR