Azərbaycanda “SOCAR-Polimer” zavodu tikilir

Azərbaycanda “SOCAR-Polimer” zavodu tikilir
# 17 sentyabr 2013 12:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Sumqayıt Kimya Parkının tərkibində “SOCAR-Polimer” şirkəti yaradıb.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi üçün 500 mln. dollar investisiya lazım olacaq: “Bunun da 200 mln. dolları daxili investorların və yerli bankların maliyyələşdirilməsi hesabına həyata keçiriləcək. Artıq “SOCAR-Polimer” şirkətinin nizamnamə kapitalının 51 mln. dollar olacağı qərarlaşdırılıb”.

S.Qasımov deyib ki, şirkətin nizamnamə kapitalının 51%-i ARDNŞ-da saxlanacaq: “Qalan 49%-i isə potensial imkanları olan yerli şirkətlərə satılacaq. Düşünürük ki, bu layihə də çox gəlirli və maraqlı layihə olacaq”.

Onun sözlərinə görə, bu müəssisədə polimer və aşağı təzyiqli polietilen borular və son texnologiya olan kimya məhsulları istehsal ediləcək: “Bu baxımdan biz bu layihəyə maraq göstərən şirkətləri cəlb etmək niyyətindəyik. Artıq bununla bağlı işlər gedir. Təşkilatı işlər başa çatandan sonra investorların bu prosesə cəlb olunması ilə məşğul olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR