İran xarici işlər naziri Livan, İordaniya, Suriya və İraqa səfər edəcək

İran xarici işlər naziri Livan, İordaniya, Suriya və İraqa səfər edəcək
# 12 yanvar 2014 20:41 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bu həftə Livan, İordaniya, Suriya və İraqa səfər edəcək.

APA-nın məlumatına görə, səfər çərçivəsində ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlərlə yanaşı, Suriya böhranı da müzakirə ediləcək.

Qeyd edək ki, Livanın xarici işlər naziri Ədnan Mənsur iranlı həmkarının yanvarın 13-də bu ölkəyə səfər edəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR