Rusiya və Ukraynada təmir olunan vaqonlar Azərbaycana gətirilib

Rusiya və Ukraynada təmir olunan vaqonlar Azərbaycana gətirilib
# 07 yanvar 2014 14:06 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda mövcud dəmir yolu vaqonları parkının yenilənməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir, o cümlədən, istifadədə olan vaqonların təmiri aparılır.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, bu yaxınlarda Dnepropetrovsk Vaqon Təmiri Zavodunda (Ukrayna) 60 sərnişin vaqonu, eyni zamanda Voronejdə (Rusiya) yerləşən analoji müəssisəyə göndərilmiş 16 vaqon təmir olunaraq Azərbaycana gətirilib.

Qeyd edək ki, hazırda həmin vaqonlar Bakı-Moskva və Bakı-Tbilisi beynəlxalq, həmçinin yerli sərnişin reyslərində istismar olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR