Ukraynada jurnalistə hücumda istifadə olunan avtomobil tapılıb

Ukraynada jurnalistə hücumda istifadə olunan avtomobil tapılıb
# 26 dekabr 2013 08:23 (UTC +04:00)

Bakı - APA. Ukraynada jurnalist Tatyana Çornovilə hücum edərək döyən şəxslərin istifadə etdiyi avtomobil tapılıb.

APA-nın xəbərinə görə, bu barədə jurnalist Aleksey Kaçor öz “Facebook” statusunda məlumat verib.

Onun sözlərinə görə, АА 5399 ЕН dövlət nömrə nişanlı “Porshe Cayenne” avtomobili Kiyev yaxınlığındakı Brovar şəhərində aşkarlanıb. Avtomobilin barəsində axtarış elan olunmuş sahibi tapılmasa da, iki şübhəli şəxs artıq həbs edilib.

Qeyd edək ki, “Ukrainskaya pravda” qəzetinin müxbiri Tatyana Çornovil dekabrın 25-nə keçən gecə hücuma məruz qalıb. Onun avtomobilinin qarşısını kəsən avtomobildən düşən naməlum şəxslər jurnalisti vəhşicəsinə döyüblər. T.Çornovil ağır bədən xəsarətləri və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR