Bakıda tullantıların idarə olunması sahəsində uşaqlar arasında beynəlxalq konfrans keçirilib - FOTOSESSİYA

Bakıda tullantıların idarə olunması sahəsində uşaqlar arasında beynəlxalq konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 19 noyabr 2013 07:26 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. «Təmiz Şəhər» ASC «Təmiz Qala» layihəsinin maarifləndirmə proqramı çərçivəsində Qala qəsəbəsində «Yenidən istifadə et. Azalt. Çeşidlə» («Reuse. Reduce. Recycle») şüarı altında uşaqlar arasında II beynəlxalq konfrans keçirib. Tədbir Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılıb.

ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Gürcüstan, Rusiya, Türkiyə, Belarus, Ukrayna və Özbəkistan kimi ölkələrin, eləcə də yerli məktəblərin ekologiya və ətraf mühit sahəsinə maraq göstərən şagirdləri iştirak ediblər. Üç gün davam edən konfransın keçirilməsində məqsəd uşaqların ətraf mühitin mühafizəsində iştirakı, tullantıların düzgün zərərsizləşdirilməsi metodlarının öyrənilməsi, məişət tullantılarının çeşidlənməsi, təbii ehtiyatlara qənaət kimi mövzularda müzakirələrin aparılması və bununla da məlumatlılıq səviyyəsinin artırılması, həmçinin müxtəlif ölkələrdən olan məktəblilər arasında bu sahədə bilik mübadiləsinin dəstəklənməsidir.

Tədbirdə «Təmiz Şəhər» ASC-nin İdarə Heyətinin sədr müavini Etibar Abbasov konfrans iştirakçılarına cəmiyyətin fəaliyyəti barədə məlumat verib.

Qeyd edək ki, beynəlxalq konfransda qeyri-ənənəvi təhsil metodlarından da istifadə olunub. Belə ki, konfransın sessiyaları və panel diskussiyaları tamamilə uşaqların özləri tərəfindən təşkil edilib, «Təmiz Şəhər»in mütəxəssisləri və müstəqil ekspertlər tərəfindən müzakirə xarakterli seminarlar keçirilib.

Tədbirin ikinci günü isə məktəblilərin Bakı şəhərində tullantıların idarə edilməsi sistemi ilə əyani tanış olması üçün Balaxanı qəsəbəsində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu və Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna ekskursiyası təşkil edilib.

Qeyd edək ki, bu sahədə uşaqlar arasında II beynəlxalq konfrans keçən il də noyabr ayında Qala qəsəbəsində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR