Azərbaycan prezidenti macarıstanlı həmkarını təbrik edib

Azərbaycan prezidenti macarıstanlı həmkarını təbrik edib
# 22 oktyabr 2013 15:57 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Macarıstanın prezidenti Yanoş Aderə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, Macarıstanın milli bayramı münasibətilə Y. Adera və macar xalqına Azərbaycan xalqı adından və öz adından təbriklərini çatdırıb.

Dövlət başçısı Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib, ümidvar olduğunu bildirib ki, ikitərəfli əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi yolunda səylər bundan sonra da davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR