KİV nümayəndələri arasında atıcılıq turniri keçiriləcək

KİV nümayəndələri arasında atıcılıq turniri keçiriləcək
# 09 aprel 2014 07:19 (UTC +04:00)

Bakı – APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Heydər Əliyevin xatirəsinə həsr edilmiş atıcılıq turnirinə start verir.

SHXÇDX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır.

Turnir mayın 2-də «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» MMC-nin Sabunçu rayon filialında keçiriləcək. Yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edə bilər. İki mərhələdə keçiriləcək turnirdə I, II və III yerlərin qalibləri SHXÇDX-in diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Turnirdə iştirak etmək istəyən hər bir KİV-dən komandanın tərkibi haqqında məlumatı aprel ayının 20-dək SHXÇDX-nın Aparatına, yaxud [email protected] elektron ünvanına göndərmək xahiş olunur.

Məlumata komanda üzvlərinin adı, soyadı, atasının adı, təvəllüdü və vəzifəsi daxil edilməlidir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR