Azərbaycan İpoteka Fondu yeni istiqraz emissiyasının ilk tranşını yerləşdirib

Azərbaycan İpoteka Fondu yeni istiqraz emissiyasının ilk tranşını yerləşdirib
# 12 fevral 2014 12:56 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bakı Fond Birjasında (BVB) Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş yeni istiqraz emissiyasının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə birjanın məlumatında deyilir.

Hərracda 4 birja üzvü iştirak edib. Təqdim olunan sifarişlərin ümumi həcmi nominal üzrə 59,980 mln. manat təşkil edib. Sifarişlər 100% qiyməti ilə təqdim edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu, 40 mln. manat həcmində olan yeni istiqraz buraxılışının birinci tranşı olub. İstiqrazların ödəmə tarixi 2023-cü il dekabrın 21-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR