Avropa Məhkəməsi İranın daha bir şirkətinə qarşı tətbiq olunmuş sanksiyanı ləğv edib

Avropa Məhkəməsi İranın daha bir şirkətinə qarşı tətbiq olunmuş sanksiyanı ləğv edib
# 29 noyabr 2013 13:56 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Avropa İnsan Hüquqları Məhkəməsi İran şirkətinə qarşı tətbiq olunmuş sanksiyanı ləğv edib.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, “Fulmen” şirkətinin İranın nüvə proqramı ilə bağlantısı olmaması səbəbindən belə bir qərar qəbul edilib.

Qeyd edək ki, ABŞ “Fulmen” şirkətini və onun əsas ortaqlarından biri olan Firidun Mahmudiyanın İranın uranın zənginləşdirilməsi fəaliyyətləri ilə birbaşa əlaqəsi olduğunu iddia edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR