Təhsil sahəsi üzrə “Ən yaxşı bloq” müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

Təhsil sahəsi üzrə “Ən yaxşı bloq” müsabiqəsinin qalibləri mükafatlandırılıb - <span style="color: red;">FOTO
# 31 may 2014 11:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunda Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə təşkil etdiyi “Ən yaxşı bloq” müsabiqəsi qaliblərinin mükafatlandırması mərasimi keçirilib.

İnstitutdan APA-ya verilən xəbərə görə, tədbirdə institutun direktoru Qulu Novruzov bildirib ki, müxtəlif fənlərdən dərs deyən, tədris bacarıqları ilə seçilən müəllimlərin müəyyənləşdirilməsində bu cür müsabiqələrin keçirilməsi xüsusi rol oynayır. O, müxtəlif fənlər üzrə hazırlanan bloqların yaradılmasının internetdə Azərbaycan dilli elektron təhsil resurslarının artmasına və onların zənginləşdirilməsinə kömək olduğunu bildirib.

“Ən yaxşı bloq” müsabiqəsinə Azərbaycanın müxtəlif şəhər və rayonlarından 50-yə qədər iş təqdim olunub. Müsabiqənin şərtlərinə uyğun olaraq onlardan 39-u seçilib. Qaliblərə nominasiyalar üzrə uğur diplomları və iştirakçı diplomları təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR