Bakıda “Jeep” məktəblini vuraraq öldürüb

Bakıda “Jeep” məktəblini vuraraq öldürüb
# 26 oktyabr 2013 07:05 (UTC +04:00)

Səbail Rayon polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bibiheybət yolunda, jurnalistlər üçün tikilmiş binanın qarşısında qeydə alınıb.

“Jeep Grand Cherokee” markalı, 99 DP 799 dövlət nömrə nişanlı maşın yolu keçən 14 yaşlı Rəşad Xəlil oğlu Xəlilovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Dünyasını dəyişən piyadanın məktəbli olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR