® “Baku Electronics” metronun “İnşaatçılar” stansiyası yaxınlığında yeni mağaza açıb - FOTO

<font color=red>® </font>“Baku Electronics” metronun “İnşaatçılar” stansiyası yaxınlığında yeni mağaza açıb - <span style="color: red;">FOTO
# 06 iyun 2013 08:56 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, “Baku Electronics” 1994-cü ildə Bakı şəhərində sadəcə 1 mağaza ilə fəaliyyətə başlayıb. Hazırda isə şirkətin Azərbaycanın, demək olar, bütün zonalarında 20-yə qədər mağazası var.

“Baku Electronics” mağaza sayı ilə bərabər, bu mağazaların sahələrini də artıraraq müştərilərə daha geniş çeşiddə məhsulları rahat bir şəkildə təqdim etməyin öhdəsindən uğurla gəlir. “İnşaatçılar” metro stansiyası yaxınlığında açılan yeni mağaza da bunun bariz nümunəsidir. 2000 kv. m sahəni əhatə edən mağazada “Baku Electronics”in distribütoru olduğu bütün dünya brendləri, o cümlədən “Samsung”, “Siemens”, “Bosch”, “Tefal”, “Moulinex”, “Whirlpool” və digərləri təmsil olunmaqdadır. Mağazanın 1-ci mərtəbəsi tam olaraq televizorların, foto və video kameraların, mobil telefonların, noutbuk və planşetlərin, habelə onlar üçün nəzərdə tutulmuş aksesuarların ixtiyarına verilib. Mağazanın 2-ci mərtəbəsində evin başdan-başa təchizatı üçün lazım ola biləcək hər növ məişət texnikası və mətbəx əşyaları yer alıb. Müasir və cəlbedici xarici görüntüsü, geniş və işıqlı daxili məkanı ilə “İnşaatçılar” metro stansiyası yaxınlığındakı mağaza rahat və sərfəli alış-veriş üçün ideal yerdir.

Açılış mərasimində iştirak edən 100-ə yaxın dəvətlini “Baku Electronics” şirkətinin aid olduğu “NAB Holding”in baş direktoru Can Öztürk salamlayıb. Daha sonra Cənubi Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İn, Türkiyənin BSH şirkətinin baş direktoru Norbert Klain və “Samsung Electronics” şirkətinin Qazaxıstan və Mərkəzi Asiya ölkələri üzrə rəhbəri Seung-Sik Çoi qısa nitqlər söyləyərək, “Baku Electronics”lə olan uzunmüddətli və uğurlu əməkdaşlıqdan danışıb, Azərbaycanda məhz belə mağazalarla təmsil olunmaqdan qürur hissi keçirdiklərini vurğulayıblar.

Cənab Çoi açılış mərasimində Azərbaycanda ilk dəfə olaraq “Samsung UHD” televizorunu qonaqlara təqdim edib. “Samsung”un son yeniliyi olan bu televizor artıq nüfuzlu “2013-cü ilin ən yaxşı innovasiyası” mükafatını qazanıb.

Qeyd edək ki, açılış mərasimi ilə əlaqədar İnşaatçılar mağazasında “Böyük açılış kampaniyası” gerçəkləşdirilməkdədir. Bu isə iyunun 10-a qədər böyük endirimlər və əlverişli şərtlərlə alış-veriş etmək deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR