Azərbaycanın iqtisadi inkişaf naziri Belçikaya səfər edəcək

 Azərbaycanın iqtisadi inkişaf naziri Belçikaya səfər edəcək
# 26 avqust 2013 15:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri, Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti avqustun 29-da Belçikaya səfər edəcək.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, səfər zamanı nümayəndə heyəti Avropa Komissiyasının vitse-prezidenti və nəqliyyat məsələləri üzrə komissarı Slim Kallas və Avropa qonşuluq və genişlənmə üzrə komissarı Ştefan Füle, Avropa İnvestisiya Bankının vitse-prezidenti Vilgelm Molterer ilə görüşəcək.

Görüşlərdə Azərbaycan ilə Avropa Birliyi və Avropa İnvestisiya Bankı arasında əlaqələr və birgə layihələrə dair müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR