BMT: Suriyanı 2 milyon insan tərk edib

BMT: Suriyanı 2 milyon insan tərk edib
# 04 sentyabr 2013 08:29 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı açıqlayıb.

Təşkilatın hesablamalarına görə, qaçqınların sayı hər gün 5000 nəfər artır. Bir il əvvəl qaçqınların sayı 230 670 nəfər təşkil edirdi.

BMT-nin qaçqınlarla iş üzrə ali komissarı Antonio Qutyereşin sözlərinə görə, Suriya bu gün humanitar fəlakət bölgəsinə çevrilib. Belə ki, qaçqınların 97%-i qonşu ölkələrdə sığınacaq tapıb. Onlardan 110 min nəfəri Misirə, 168 min nəfəri İraqa, 515 min nəfəri İordaniyaya, 716 min nəfəri Livana, 460 min nəfəri isə Türkiyəyə üz tutub. Qaçqınların yarısı 17 yaşına çatmayanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR