Türkiyə Hərbi Hava Qüvvələri İşıklar Hərbi Liseyinin nümayəndə heyəti Azərbaycana tanışlıq səfərinə gəlib - FOTO

Türkiyə Hərbi Hava Qüvvələri İşıklar Hərbi Liseyinin nümayəndə heyəti Azərbaycana tanışlıq səfərinə gəlib - <span style="color: red;">FOTO
# 21 may 2014 09:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanla Türkiyə arasında 2014-cü il üçün illik hərbi əməkdaşlıq Planına uyğun olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin İşıklar Hərbi Liseyinin nümayəndə heyəti ölkəmizə tanışlıq səfərinə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində qonaqlar mayın 20-də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olublar.

Türkiyə nümayəndə heyəti Hərbi Liseyin komandanlığı ilə görüşüb, məktəbin ərazisi, tədris korpusları, inzibati və yardımçı binalarla, liseyin muzeyi ilə tanış olub, kursantlarla birlikdə nahar ediblər.

Səfər mayın 23-də sona çatacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR