Moskvada azərbaycanlı rəssamın sərgisi açılacaq

Moskvada azərbaycanlı rəssamın sərgisi açılacaq
# 20 iyun 2013 10:02 (UTC +04:00)

Bakı. Turan Şakir - APA. İyunun 26-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Moskvadakı Mərkəzi Rəssamlar Evində əməkdar rəssam Tahir Məmmədovun rəngkarlıq əsərlərindən ibarət fərdi sərgisi açılacaq.

APA-nın məlumatına görə, iyulun 7-dək davam edəcək sərgidə rəssamın Tretyakov Qalereyasında (Moskva), "Şərq Xalqları" muzeyində (Moskva), Bədii Sərgilər Direktorluğunun fondunda (Moskva), "ARTS Turnelle" sərgi salonunda (Paris), "Edmon Rozenfeld" qalereyasında (Paris), o cümlədən ABŞ, Almaniya, Yaponiya və Türkiyədə şəxsi kolleksiyalarda saxlanılan əsərləri nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR