Ekologiya və Təbii Sərvətlər Nazirliyi tranzit çaylarda vəziyyəti açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tranzit çaylarda vəziyyəti açıqlayıb
# 30 avqust 2013 16:22 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Tranzit çaylarda hazırki vəziyyəti açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-110, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında 40-60, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.

Avqustun 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 90,0 m3/s, ongünlük normanın 108 faizini təşkil edir. Avqustun 30-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 72 m3/s olmaqla, ongünlük normanın 105 faizini təşkil edir. Avqustun 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm, Şirvanda 3 sm, Bankədə 8 sm, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma olub, Salyanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 340 sm (2012-ci il avqustun 30-da 333 sm), Şirvanda 195 sm (2012-ci il avqustun 30-da 202 sm ), Salyanda 135 sm (2012-ci il avqustun 30-da 140 sm ), Bankədə 213 sm (2012-ci il avqustun 30-da 221 sm), Araz çayının Novruzlu məntəqəsində isə 61 sm (2012-ci il avqustun 30-da 117 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR