Azad Rəhimov Şəmkirdə vətəndaşları qəbul edib - FOTO

Azad Rəhimov Şəmkirdə vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 26 may 2014 09:56 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Gənclər və idman naziri Azad Rəhimov mayın 26-da Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Tovuz, Şəmkir rayonları, Gəncə və Naftalan şəhərlərinin vətəndaşlarını qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata gerə, 50-dən artıq vətəndaşın iştirak etdiyi qəbulda 20-dək müraciət Qeyri-Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, 15-dən artıq müraciət idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri, digər müraciətlər isə ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlər istiqamətində olub. Bir sıra müraciətlər yerində həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR