Təbriz xəstəxanasının baş həkimi: “Emil Məlikov əcnəbi olsa da, ailəsindən İran vətəndaşları üçün nəzərdə tutulan məbləğ alınıb”

Təbriz xəstəxanasının baş həkimi: “Emil Məlikov əcnəbi olsa da, ailəsindən İran vətəndaşları üçün nəzərdə tutulan məbləğ alınıb”
# 08 avqust 2013 15:16 (UTC +04:00)

Vəhdəti qeyd edib ki, uşağın səhhətində müəyyən problemlər olduğu üçün Təbrizdə yerləşən uşaq xəstəxanasına yerləşdirilib. Təxminən 5-6 gündən sonra onun müalicəsi bitəcək və Bakıya qayıdacaq.

Doktor Vəhdəti həmçinin uşağın xəstəxanada girov saxlanılmasına barədə məlumatlara da münasibət bildirib: “Baş həkimi olduğum xəstəxanada müalicə xərcləri xarici vətəndaşlar üçün yerli vətəndaşlarla müqayisədə iki dəfə çox olur. Lakin Emilin atası mənim yanıma gəldi və pulunun olmadığını bildirdi. Ona görə də mən həmin uşağın İran vətəndaşları üçün nəzərdə tutulan müalicə xərcini müəyyənləşdim və həmin məbləğdən müəyyən qədər güzəşt etdik. Hazırda həmin şəxsin müalicə xərcindən bizim xəstəxanaya 1000 ABŞ dolları borcu qalıb və həmin pulun ödənilməsində heç bir problem yoxdur”.

Doktor Vəhdəti Azərbaycanda barələrində qeyri-dəqiq informasiyalar yayan mətbuat orqanlarını məhkəməyə verəcəyini bildirib.

Qeyd edək ki, mətbuatda Emil Məlikovun Təbrizin Şəhid Mədəni Xəstəxanasında girov saxlanılması barədə məlumatlar yayılıb. Bunun səbəbi kimi xəstəxananın körpənin ürəyindən əməliyyatı üçün əlavə pul tələb etməsi və valideynlərin əvvəlcədən razılaşdırılmamış məbləği ödəyə bilməməsi göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR