Rusiya bankları Ukraynaya 6 mlrd. dollar kredit verə bilər

Rusiya bankları Ukraynaya 6 mlrd. dollar kredit verə bilər
# 10 yanvar 2014 13:58 (UTC +04:00)

Bakı – APA. Rusiya bankları Ukraynaya 6 mlrd. dollar kredit verə bilər.

APA - nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, həmin vəsaitin Ukraynanın atom energetikasının inkişafına yönəldiləcəyi nəzərdə tutulur.

Ukrayna hökumətinin Rusiya, MDB və digər regional birliklərlə əməkdaşlıq məsələləri üzrə səlahiyyətlisi Valeriy Muntiyan bildirib ki, müvafiq razılıq ötən ilin dekabrında Ukrayna – Rusiya dövlətlərarası komissiyasının iclasında əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR