“Bulla-dəniz” yatağındakı quyudan alınan qaz artıq sistemə verilir

“Bulla-dəniz” yatağındakı quyudan alınan qaz artıq sistemə verilir
# 25 oktyabr 2013 15:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Xəzər dənizinin Azərbaycan hissəsindəki “Bulla-dəniz” yatağındakı 90 nömrəli quyudan alınan qaz artıq sistemə verilir.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, oktyabrın 25-də ARDNŞ-ın və ABŞ-ın “Boots & Coots” servis şirkəti mütəxəssisləri tərəfindən aparılmış birgə tədbirlər nəticəsində “Bulla-dəniz” yatağındakı 90 nömrəli quyudan alınan məhsulun sistemə verilməsi prosesinə başlanılıb. Quyudan hasil olunan qaz özüldəki mövcud xətlə sahilə nəql olunur.

Bununla da “Bulla-dəniz” yatağındakı 90 nömrəli quyuda baş vermiş qəza tam aradan qaldırılıb, quyu xilas edilib və sistemə qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR