Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf ev dustaqlığından azad edilib

Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf ev dustaqlığından azad edilib
# 06 noyabr 2013 21:41 (UTC +04:00)

Bakı-APA. Pakistan məhkəməsi ölkənin keçmiş başçısı Pərviz Müşərrəfin ev dustaqlığından azad edilməsi haqqında qərar çıxarıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Müşərrəfin ev dustağlığına son qoyulması girov müqabilində mümkün olub.

“Müşərrəf azadlıqdadır”, – deyə sabiq prezidentin vəkili İlyas Siddiki “Times of İndia” qəzetinə açıqlamasında bildirib.

Eyni zamanda, vəkil vurğulayıb ki, Müşərrəf Pakistanı tərk etmək niyyətində deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR