Azərbaycan, Qazaxıstan və Gürcüstan Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə koordinasiya komitəsi yaradır

Azərbaycan, Qazaxıstan və Gürcüstan Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə koordinasiya komitəsi yaradır
# 08 noyabr 2013 09:33 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan və Gürcüstan Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə koordinasiya komitəsi yaradacaq.

APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, Astanada keçirilən “Yeni İpək Yolu” II beynəlxalq nəqliyyat-logistika biznes-forumunda sözügedən komitənin təsis olunması haqqında saziş imzalanıb.

Sənədi “Qazaxıstan Dəmir Yolları”nın rəhbəri Askar Mamin, “Azərbaycan Dəmir Yolları”nın rəhbəri Arif Əsgərov və “Gürcüstan Dəmir Yolları”nın rəhbəri Mamuka Baxtadze imzalayıb.

Biznes-forumda çıxış edən A.Mamin bildirib ki, komitə traznitin cəlb olunması, yükdaşımada razılaşdırılmış tarif siyasətinin yürüdülməsi, infrastrukturun inkişafı və birgə inteqrə olunmuş logistik məhsulun yaradılması məqsədilə təsis olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR