Amsterdam-Paris sərnişin qatarına silahlı hücum olub, yaralılar var

Amsterdam-Paris sərnişin qatarına silahlı hücum olub, yaralılar var
# 21 avqust 2015 23:13 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Le Figaro” məlumat yayıb.

Məlumata görə, silahlının atəş açması nəticəsində 3 nəfər yaralanıb. Cinayətkarın artıq saxlanıldığı bildirir.

“TASS”-ın məlumatına əsasən, qatarda atəş açan Mərakeş əsilli 26 yaşlı şəxs olub. İlkin məlumata görə, hücum zamanı o avtomat və bıçaqla silahlanıb.

Yaralananlar arasında “Leon” və “Klan Saprano” filmlərində çəkilmiş tanınmış aktyor Jan Yuq Anqkand var. İnsident zamanı həmçinin amerikalı və britaniyalı 2 keçmiş hərbçi də yaralanıb. Məlumata görə, məhz onlar vaxtında reaksiya verərək silahlı şəxsi zərərsizləşdirə bilib.

Hadisə yerinə Fransa DİN rəhbəri Bernar Kaznev gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR