Yəməndə partlayışlar nəticəsində ölənlərin sayı 20-si uşaq olmaqla 40-a çatıb

Yəməndə partlayışlar nəticəsində ölənlərin sayı 20-si uşaq olmaqla 40-a çatıb
# 17 dekabr 2014 03:32 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, birinci avtomobil üsyançıların nəzarəti altında olan nəzarət-buraxılış məntəqəsinin qarşısında partladılıb. Uşaqlar məhz bu partlayış nəticəsində ölüb. Onların hamısının partlayış baş verən an ərazidən keçən məktəb avtobusunda olduğu bildirilir.

İkinci partlayış hakim partiyanın regional bölməsinin sədrinin evi yaxınlığında törədilib.

Hələlik partlayışlara görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR