Naftalanda iki minik avtomobili toqquşub, xəsarət alan var.
APA-nın məlumatına görə, hadisə Naftalan şəhərində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobilinin başqa bir avtomobillə toqquşması nəticəsində "VAZ2107"-də olan sərnişin, Naftalan şəhər sakini 1962-ci il təvəllüdlü Qarayeva Afina Ramiz qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
A. Qarayevaya tibbi yardım göstərilib, vəziyyəti kafidir.
Faktla bağlı araşdırma aparılır.