Bu ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 2,4%-lik artım tətbiq olunub

Bu ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 2,4%-lik artım tətbiq olunub
# 25 iyul 2014 13:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin ilk yarısında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin, xüsusilə də qeyri-büdcə daxilolmalarının sürətli artımı öz növbəsində pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilən xərclərin artımına imkan verib. “APA-Economics”in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 2014-cü ilin I yarımilliyinin yekunları ilə bağlı bildirib.

Fondun sədri deyib ki, 2014-cü ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 2,4%-lik artım (indeksasiya) tətbiq olunub. “2014-cü il iyulun 1-nə əmək pensiyalarının baza məbləği 100 manat, orta aylıq məbləği 172,7 manat, yaşa görə pensiyalar üzrə orta aylıq məbləğ 190,9 manat, əvəzetmə əmsalı 45% təşkil edib. Nəticədə pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyib”- deyə E. Mehdiyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR