Ayaz Salayevin “Yarasa” filmi beynəlxalq festivalda 25 ildə çəkilən ən yaxşı Azərbaycan filmi elan olunub

Ayaz Salayevin “Yarasa” filmi beynəlxalq festivalda 25 ildə çəkilən ən yaxşı Azərbaycan filmi elan olunub
# 02 oktyabr 2014 14:44 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Ayaz Salayevin rejissoru olduğu “Yarasa” filmi Mərkəzi və Şərqi Avropa Beynəlxalq Film Festivalında (LET'S CEE) son 25 ildə çəkilən ən yaxşı Azərbaycan filmi elan olunub.

APA-nın məlumatına görə, bu haqda filmin rejissoru Ayaz Salayevə beynəlxalq film festivalının direktoru Maqdalena Zelasko tərəfindən göndərilən məktubda bildirilib. Məktubda qeyd olunub ki, beynəlxalq film tənqidçilərinin rəyinə əsasən, “Yarasa” 1989-cu ildən bəri Azərbaycanda istehsal olunan ən yaxşı film kimi qiymətləndirilib: “Təşəkkür edirəm ki, “Yarasa”nın Vyanada nümayiş olunması üçün bizə razılıq vermisiniz. Festivalın oktyabrda keçiriləcək tədbirində iştirak etmək üçün sizi böyük məmnuniyyətlə Vyanaya dəvət edirik. Daha yaxşı olardı ki, “Yarasa”nın bir surətini subtitrlərdə ingilis dilində bizə təqdim edəsiniz”.

Qeyd edək ki, “Yarasa” filmi 1995-ci ildə istehsal olunub. Filmin ssenari müəllifləri Kamal Aslanov və Ayaz Salayev, rəssamı Şamil Nəcəfzadə, bəstəkarı Nazim Mirişlidir.

Rollarda Mariya Lipkina (Turan), Rasim Balayev (Ağabəy), Tolib Xamidov (Nuru) və başqaları çəkiliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR