Maştağa qəsəbəsində naməlum avtomobil piyadanı vurub - VİDEO

Maştağa qəsəbəsində naməlum avtomobil piyadanı vurub - <span style="color: red;">VİDEO
# 09 may 2015 01:51 (UTC +04:00)

APA TV-nin məlumatına görə, Maştağa qəsəbəsində 58 yaşlı Səmədov Nizami Barat oğlu naməlum avtomobil tərəfindən vurulub. Yaralı hadisə şahidləri tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlər Nizami Səmədovun vəziyyətini ağır kimi qiymətləndirirlər. Piyadanı vuran avtomobilin sürücüsü ona heç bir yardım göstərmədən hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Piyadanı vuraraq, hadisə yerindən qaçan sürücünün axtarışları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR