Azərbaycanda bir ildə istifadəyə verilən yaşayış evlərinin sahəsi 18%-ə yaxın artıb

Azərbaycanda bir ildə istifadəyə verilən yaşayış evlərinin sahəsi 18%-ə yaxın artıb
# 19 may 2015 08:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda ümumi sahəsi 589,5 min kvadratmetr olan yeni yaşayış evləri istifadəyə verilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2015-cü ilin 4 ayı ilə müqayisədə bu ilin eyni dövründə istifadəyə verilən yaşayış evlərinin sahəsi 88,6 min kvadratmetr və ya 17,68% artıb.

Komitənin sosial-iqtisadi inkişaf bülleteninə nəzər salanda məlum olur ki, ilin əvvəlindən bu sahədə artım qeydə alınıb. Belə ki, əgər yanvarda 121 160, fevralda 141 713 kvadratmetr, martda 151 663 kvadratmetr yaşayış sahəsi istifadəyə verilibsə, apreldə bu göstərici 174 993 kvadratmetrə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR