Baş Prokurorluğun əməkdaşları Almaniyada keçirilən beynəlxalq forumda eştirak ediblər

Baş Prokurorluğun əməkdaşları Almaniyada keçirilən beynəlxalq forumda eştirak ediblər
# 31 oktyabr 2015 14:17 (UTC +04:00)

Bakı - APA. Oktyabrın 25-dən 28-dək Almaniyanın Münhen şəhərində adıçəkilən şəhərin və Saksoniya federal torpağının Baş Prokurorluqları, Avropa Komissiyasının Qonşuluq və Danışıqlar üzrə Baş İdarəsi (TAIEX) tərəfindən prokurorlar üçün “Mütəşəkkil cinayətkarlıqla mübarizə” mövzusunda beynəlxalq forum keçirilib.

Azərbaycanın Baş Prokurorluğundan APA-ya verilən məlumata görə, Azərbaycan, Türkiyə, Almaniya, Böyük Britaniya, İspaniya və digər ölkələrin, eləcə də Avropa Şurasının nümayəndələrinin qatıldığı tədbirdə Münhen şəhərinin və Saksoniya federal torpağının Baş prokurorları mövzu ətrafında çıxış ediblər.

Tədbir iştirakçıları təmsil etdikləri ölkələrdə kibercinayətkarlıq, çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və korrupsiya hüquqpozmaları ilə bağlı istintaq edilən cinayət işləri üzrə məlumat verərək mövcud problemlər və onların həlli yolları müzakirə edilib. Eyni zamanda mütəşəkkil cinayətkarlıqla, xüsusilə kibercinayətkarlıqla mübarizə zamanı müasir kompüter texnologiyalarından istifadə edilməsinin vacibliyi vurğulanıb.

Tədbirdə Azərbaycanı Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini vəzifəsini icra edən Anar Məmmədov və Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Elvin Mirzəyev təmsil ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR