Bakı 2015 I Avropa Oyunlarının məşəli sabah paytaxta çatdırılacaq - FOTO

Bakı 2015 I Avropa Oyunlarının məşəli sabah paytaxta çatdırılacaq  - <span style="color: red;">FOTO
# 06 iyun 2015 16:07 (UTC +04:00)

Bakı-APA. Bakı 2015 alovunun Birinci Avropa Oyunlarının keçiriləcəyi şəhərə daxil olmazdan əvvəl son dayanacağı bu gün Qobustan Milli Parkı olub.

Birinci Avropa Oyunlarının Əməliyyat Komitəsindən APA-ya verilən məlumata görə,

Qobustan Milli Parkında arxeoloji muzeyin qarşısından estafetin paytaxtdan kənar son mərhələsi başlanıb. 1,8 km-i əhatə edən yürüşü «Sabahin alimləri» müsabiqəsinin qalibi, tarix fənni üzrə olimpiadanın qalibi, Heydər Əliyev-92 inşa müsabiqəsinin qalibi Səbinə Qədirova başlayıb.

Yürüşü yol üzərində qurulmuş səhnəyə çıxaraq, Bakı 2015-in daha bir çırağını alovlandıran beynəlxalq müsabiqə laureatı, prezident təqaüdçüsü Leyla Zeynalova başa çatdırıb.

Bakı 2015-in Milli parka hədiyyəsi olan çırağı Qobustan Milli Tarix-Bədii Qoruğunun bələdçisi Nərmin Hüseynli muzeyə təqdim edib.

Qeyd olunub ki, Bakı 2015-in məşəli paytaxta üz tutmağa hazırdır. Sabah alov paytaxt Bakıya çatdırılacaq və iyunun 12-dək – Birinci Avropa Oyunlarının tarixi açılış anı başlayana qədər paytaxtın gəzməli-görməli yerləri ilə tanış olacaq.

Mərasim Bakı 2015-ə həsr olunmuş bədii proqramla davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR