Koreya jurnalı Azərbaycan haqqında geniş məqalə çap edib - FOTO

Koreya jurnalı Azərbaycan haqqında geniş məqalə çap edib - <span style="color: red;">FOTO
# 19 sentyabr 2014 10:17 (UTC +04:00)

Bakı – APA. Koreyanın “SİSA Report” internet portalı tərəfindən nəşr olunan “Növbəti nəslin lideri” jurnalında Azərbaycana dair geniş məqalə yer alıb.

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, “Odlar yurdu-Azərbaycan” başlıqlı məqalədə Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialı barədə məlumatlar əks olunub.

Yazıda Azərbaycan sözünün mənası və ölkənin qədim tarixi, habelə Azərbaycanın dünya şöhrətli mədəniyyət xadimləri, qədim xalçaçılıq sənəti, ölkədə son illər ərzində əldə olunmuş iqtisadi nailiyyətlər, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələri, İçəri şəhər, Qobustan milli parkı və Şirvanşahlar sarayı kimi xarici turistlərin maraq göstərdiyi turizm guşələri barədə məlumatlara yer verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR