Azərbaycanın 20-dən çox rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın 20-dən çox rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 20 avqust 2014 08:37 (UTC +04:00)

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 18:00-dək Qax, Goranboy, Balakən, Qobustan, Kürdəmir, Şəmkir, Qaradağ, Şamaxı, Masallı, Binəqədi, Sabunçu, Siyəzən və Xətai rayonlarına, qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, təmir-bərpa və quraşdırma işlərinin aparılması ilə əlaqədar işlər başa çatanadək Xəzər, saat 12:00-dək Oğuz, saat 12:00-dan 14:00-dək Şəki, saat 15:00-dək Qazax və Nərimanov, saat 14:00-dan işlər başa çatanadək isə Yasamal, Səbail və Nəsimi rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR