Gələn həftə Bakıda növbəti Azərbaycan-Rusiya biznes forumu keçiriləcək

Gələn həftə Bakıda növbəti Azərbaycan-Rusiya biznes forumu keçiriləcək
# 09 oktyabr 2014 10:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda növbəti Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, biznes forum oktyabrın 16-da Rusiyanın Sankt-Peterburq şəhərinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutacaq.

Forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı keçiriləcək.

Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrinin təmsil edən 15-dək Rusiya şirkətinin iştirakı nəzərdə tutulur. Azərbaycanlı iş adamları və sahibkarlar biznes forumda iştirak etməyə dəvət edilir.

Qeyd edək ki, bu, bu il Azərbaycanla Rusiya arasında baş tutan sayca 5-ci biznes forumdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR