Vladimir Jirinovski Dövlət Bayrağı Meydanı, Dənizkənarı Milli Park və İçərişəhərlə tanış olub - FOTOSESSİYA

Vladimir Jirinovski  Dövlət Bayrağı Meydanı, Dənizkənarı Milli Park və İçərişəhərlə tanış olub - <span style="color: red;">FOTOSESSİYA
# 27 sentyabr 2014 18:46 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, V.Jirinovski əvvəlcə Dövlət Bayrağı Meydanı ilə tanış olub.

Sonra qonaq Dənizkənarı Milli Parka gəlib.

V.Jirinovskiyə Milli Parkda həyata keçirilən tikinti və abadlıq işləri haqqında da məlumat verilib.

Daha sonra LDP-nin sədri İçərişəhərlə tanış olub.

Qonağa əvvəlcə Qız qalası abidəsinin tarixi və qeyri-adi memarlıq özəllikləri barədə məlumat verilib.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da V.Jirinovskidə maraq doğurub.

Elektromobillə gəzinti zamanı qonağa “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə məlumat verilib.

Dövlət Bayrağı Meydanı, Dənizkənarı Milli Park və İçərişəhərlə tanışlıq V. Jirinovskidə xoş təəssürat yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR