Sabirabadda Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının hesabat yığıncağı keçirilib - FOTO

Sabirabadda   Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının hesabat yığıncağı keçirilib - <span style="color: red;">FOTO
# 25 aprel 2015 13:38 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabadda Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının Hesabat yığıncağı keçirilib

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, toplantıda Azərbaycan Respublikası Prezident Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Yığıncaqda Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının (AKBMA) sədri Əli Mehdiyevin illik hesabat məruzəsi dinlənilib. Qeyd olunub ki, ölkədə dövlət quruculuğu siyasətinin uğurla davam etdirilməsi yerli özünüidarəetmə orqanlarının ictimai-siyasi həyata daha yaxından inteqrasiyasına səbəb olub, bələdiyyələrin maliyyə, iqtisadi və kadr potensialının təkmilləşdirilməsinə xidmət edən qanunların qəbulu onların inkişafı üçün möhkəm zəmin yaradıb. Milli Məclisin regional məsələlər komissiyasının üzvü Rüstəm Xəlilov, Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Kamran Bayramov tədbirdə çıxış edərək, bələdiyyələrlə bağlı qanunvericilikdən, bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi, yerli özünüidarəetmənin inkişafı, vətəndaş cəmiyyətinin qurulması zamanı demokratik prinsiplərin tətbiqində bələdiyyələrin rolunun artırılması məsələlərindən danışıb, tövsiyələrini bildiriblər.

Yığıncaqda çıxış edən ədliyyə nazirliyinin bələdiyyələrlə iş mərkəzinin rəis müavini Fazil Məmmədov və digər bələdiyyə sədrləri görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib, özünüidarəetmə orqanlarının uğurlu fəaliyyəti ilə əlaqədar bir sıra təkliflər irəli sürüblər. Toplantıda bələdiyyələrin iqtisadi və maliyyə potensialının gücləndirilməsi, vergitutma obyektlərinin və vergi ödəyicilərinin uçotunun aparılması işinin təşkilində bələdiyyələrə kömək göstərilməsi məqsədilə “Bələdiyyələrdə vergitutma obyektlərinin və vergi ödəyicilərinin uçotu proqramı”nın təqdimatı keçirilib. Hesabat yığıncağında nəzarət təftiş komissiyasının hesabatı dinlənilib, 2015-ci ilin büdcəsi təsdiq edilib və təşkilati məsələlərə baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR