Gədəbəy sakini intihara cəhd edib

Gədəbəy sakini intihara cəhd edib
# 03 oktyabr 2015 07:03 (UTC +04:00)

Gədəbəy. Azər Məmmədli - APA. Gədəbəy sakini sirkə turşusu içərək intihara cəhd edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gədəbəy rayon Şınıx kənd sakini, 1980-ci il təvəllüdlü İlqar İsayev sirkə turşusundan zəhərlənmə əlamətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə İ. İsayev intihar məqsədi ilə sirkə turşusu içib.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR