İraqda havanın temperaturu 50 dərəcəni keçib

İraqda havanın temperaturu 50 dərəcəni keçib
# 15 iyul 2015 14:10 (UTC +04:00)

APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, İraq hökumətinin rəsmi internet səhifəsində qeyd olunub ki, 16 iyul 2015-ci il tarixdə İraqın bəzi əyalətlərində havanın hərarəti rekord səviyyəyə - 50 dərəcəyə çatacaq. Bu səbəbdən ölkənin Nazirlər Şurasının Baş katibliyi 16 iyulu qeyri-iş günü elan edib.

Nazirlər Şurasının sədr müavini Həsən əl-Canabinin sözlərinə görə, bu qərar bank və hüquq-mühafizə orqanları istisna olmaqla, bütün dövlət müəssisələrinə şamil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR