Nazir müavini: "Böyük Britaniya şirkətləri Azərbaycan iqtisadiyyatına 21 milyard dollar investisiya yatırıb"

Nazir müavini: "Böyük Britaniya şirkətləri Azərbaycan iqtisadiyyatına 21 milyard dollar investisiya yatırıb"
# 29 oktyabr 2015 07:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Azərbaycan və Böyük Britaniya arasındakı ikitərəfli münasibətlər strateji əlaqələr səviyyəsindədir".

"APA-Economics"in xəbərinə görə, bunu bu gün Bakıda keçiriləcək Azərbaycan-Böyük Britaniya əməkdaşlıq forumunda Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev bildirib.

Nazir müavini bildirib ki, yaxın günlərdə Azərbaycan-Böyük Britaniya hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək: "Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdən biridir. Bu gün bir sıra Böyük Britaniya şirkətləri ölkəmizdə fəaliyyət göstərir. Bu günə qədər Böyük Britaniya şirkətləri tərəfindən Azərbaycana 21 milyard dollar vəsait yatırılıb. Bunun böyük hissəsi neft-qaz sektorunu əhatə edir".

S. Babayevin sözlərinə görə, Azərbaycan neft-qaz sahəsində Böyük Britaniya şirkətləri ilə sıx əməkdaşlıq edir və gələcəkdə iki ölkənin şirkətləri arasında müştərək layihələr təşkil oluna bilər.

Nazir müavini xatırladıb ki, iki ölkə arasında təhsil sahəsində çox geniş və sıx əməkdaşlıq qurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR