TRT-nin Bakı təmsilçiliyi rəhbərinin fəaliyyətini başa çatdırması ilə əlaqədar tədbir keçirilib

TRT-nin Bakı təmsilçiliyi rəhbərinin fəaliyyətini başa çatdırması ilə əlaqədar tədbir keçirilib
# 16 avqust 2014 08:36 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Əmrah Timuçin Yazıçının Azərbaycandakı fəaliyyətini başa vurması ilə əlaqədar tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Azərbaycanın ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.

Əvvəlcə Ə. T. Yazıçının Azərbaycandakı 3 illik fəaliyyətinə həsr olunmuş video rolik nümayiş etdirilib. Daha sonra çıxış edən Ə. T. Yazıçı Azərbaycana bağlandığını, burada yerli jurnalistlərlə və ictimaiyyət nümayəndələri ilə sıx ünsiyyət qurduğunu qeyd edib: «Mən Bakıya bağlı oldum. Övladım da burada doğuldu və onun sənədinə doğum yeri olaraq Bakı yazıldı. Bu hadisə məni Azərbaycana bundan sonra da bağlayacaq».

Ə. T. Yazıçı Türkiyəyə döndükdən sonra fəaliyyətini TRT kanalının xəbərlər departamentində davam etdirəcəyini qeyd edib.

Qeyd edək ki, TRT Bakı təmsilçiliyinin yeni rəhbəri vəzifəsinə Yıldıray Arslan təyin edilib. Y. Arslan Qarabağ müharibəsini, cəbhə xəttindəki olayları dünyaya çatdıran ilk türkiyəli jurnalistlərdən biridir.

Mərhum prezident Heydər Əliyevdən ilk müsahibəni o illərdə məhz Y. Arslan alıb. Y. Arslan TRT-nin Xəbər və İdman Yayımları Departamentinin sədr müavini vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR